"Brent" nefti rekord bahalaşdı

09:21 02.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Brent" neftinin qiyməti son 8 ildə ilk dəfə 111 ABŞ dollarını ötüb.

 

Hafta.az bu barədə ICE London Fond Birjasının məlumatlarına istinadən xəbər verir.

 

ICE birjasında 2022-ci ilin may tədarükü ilə bu markalı neftin fyuçers müqaviləsinin dəyəri 5,83% artıb.

 

Hazırda "Brent" markalı neftin qiyməti bir barel üçün 111,09 dollar təşkil edir.

 

WTI markalı xam neftin isə fyuçers müqaviləsinin dəyəri 5,8% artaraq bir barel üçün 109,28 dollar təşkil edib.